İstifadəçi müzakirəsi:Eminn

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Arxiv

Kateqoriyalar[redaktə]

Salam Eminn Həmid Arzulu səhifəsini mən yaratmışdım amma niyəsə səhifə sizin tərəfdən silinib Həmid Arzulu haqqında olan məlumatlar vikipediyadada mənim tərəfimdən yazılıb və o səhifədən buradakı səhifəyə göndəriş qoyulub. Məlumatlar internetdə çox geniş mənbələrdən və onun kitablarındakı şeirlərinin bir hissəsi səhifəyə qoyulmuşdur onları qaytarmaq olar

Araz müəllim, salam. Fəaliyyətiniz üçün çox sağ olun. Amma kateqoriyaları çox şaxələndirməyə ehtiyac yoxdur. Onilliklərə görə əsərlər kifayət edir, şeirlər, gəraylılar parçalamayaq hələ ki. Digər vikilərə baxıram, onlarda da elə kateqoriyalar yoxdur. Yorulmayasınız, uğurlar!--Emin ismarış 13:18, 13 dekabr 2014 (UTC)[cavabla]

Salam Emin bəy. Necə deyirsiz elə olsun. Amma ki digər vikilərdə gəraylı, təcnis olmaya bilər. Çünki bir çox millətlərin ədəbiyyatında bu növlər yoxdur. Bu Azərbaycan, türk, Şərq ədəbiyyatına xas şeirlərdir. --Araz Yaquboglu (talk) 13:25, 13 dekabr 2014 (UTC)[cavabla]
Kökdən kateqoriyaları yaradıb sonra şaxələndirərik, belə qarışıqlıq ola bilər. Ana kateqoriyaları sistemləşdirsək, sonrakılar problem olmayacaq.--Emin ismarış 13:27, 13 dekabr 2014 (UTC)[cavabla]
Məncə qlobal kateqoriyalara tək-tək şeirləri əlavə etməkdənsə elə Abbas Səhhətin şeirləri kateqoriyası əlavə olunmalıdır. Məsələn belə: Kateqoriya:Orta dövr şeirləri. Oxucu o kateqoriyada istədiyi şairin şeirini tapmaqda çətinlik çəkəcək. --Araz Yaquboglu (talk) 14:45, 13 dekabr 2014 (UTC)[cavabla]
Müəllif səhifələrində bölmələrdə olacaq əsərlərin adı. Elə kateqoriyalara ehtiyac yoxdur.--Emin ismarış 14:58, 13 dekabr 2014 (UTC)[cavabla]

Buraya baxın. Axı orada şairin əsərləri mən yaratdığım kateqoriyalar kimi kateqoriyalardadır. --Araz Yaquboglu (talk) 15:13, 13 dekabr 2014 (UTC)[cavabla]

Onlarda müəllif ad fəzasına da rast gəlmədim. En vikini nümunə götürmək daha məqsədəuyğundur, bir də indi bizim vikipediyada istifadə olunan kateqoriya sistemi ilə uyğunlaşdırmaq lazımdır.--Emin ismarış 15:21, 13 dekabr 2014 (UTC)[cavabla]
Mən də razıyam ki, vikipediyadakı kateqoriyalara uyğun olunsa yaxşıdır. Bir də ki, əslində yaratdığınız kateqoriyalara alt kateqoriyalar əslində belə olmalıdır. Kateqoriya:Yeni dövr şeirləriKateqoriya:XVII əsr şeirləri, ... Kateqoriya:XX əsr şeirləri (17-ci əsrdən 20-ci əsrə qədər yazılan şeirlər) — Kateqoriya:Onilliklərə görə şeirlərKateqoriya:1920-ci illərin şeirləriKateqoriya:1923-cü ilin şeirləri — və şeirin özü --Araz Yaquboglu (talk) 15:32, 13 dekabr 2014 (UTC)[cavabla]
Salam. İcazənizlə, bir ədəbiyyatçı kimi mən də söhbətinizə qarışım. Şeirləri dövrlərə görə bölməyin heç bir mənası yoxdur. Kimsə şeir axtaranda XIX əsrin şeirləri, XV əsrin şeirləri ilə axtarmır. Özünüz viki-istifadəçi kimi deyil, sadəcə google da axtarış edəndə XX əsrin poemaları kimi axtarış yazdığınız olubmu? Axtaranda hər kəs müəlliflə axtarır. B.Vahabzadənin şeirləri, yaxud İ.Həsənoğlunun qəzəlləri və s. Müəllifləri dövrlərə görə bölmək olar. XII əsrin yazıçıları və s. kimi, amma əsərləri dövrlərə ayırmaq nə dərəcədə düzgündür? --Kriptex (talk) 19:04, 31 yanvar 2015 (UTC)[cavabla]

Qaradağlılar[redaktə]

Salam, Araz bəy. Qaradağlılar səhifəsində düzəliş edirdim. Amma bir məsələdə anlaşılmazlıq var. Səhifəni sizin yaratdığınız üçün sizə yazmaq qərarına gəldim. Qaradağlılar səhifəsində Qaradağlılar/Bayandur sultanQaradağlılar/Məhəmmədqulu xan bölmələri yoxdur. Ona görə də həmin bölmələri digər bölmələrlə əlaqələndirə bilmədim. Siz Qaradağlılar səhisənindəki siyahını nəyə əsasən tərtib etmisiniz?--Emin ismarış 12:06, 13 yanvar 2015 (UTC)[cavabla]

Salam Emin bəy. Qaradağlılar səhifəsinə 5-ci və 20-ci sıralarda əlavə etdim. Mən səhifəni hazırlarkən Qaradağlılar kateqoriyasından əlifba sırası ilə istifadə edərək yaratmışam. Görünürür ki dediyiniz bölmələr bilmədən siyahıda silinib. Diqqətiniz üçün sağ olun. --Araz Yaquboglu (talk) 12:52, 13 yanvar 2015 (UTC)[cavabla]

Tərcümə[redaktə]

Salam Emin bəy. Qriqori Qorinin "Kirpi" adlı hekayəsinin silinməsi Qriqori Qorin üçün müəllif hüquq pozuntusudu eləmi? Hekayəni tərcümə edən qızımdır. Tərcüməçi üçün müəllif hüququ bu məsələdə rol oynamır eləmi, anladığım qədər. --Araz Yaquboglu (talk) 06:54, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam, Araz müəllim. Həmin hekayə Qriqori Qoriyə görə silinib. Amma tərcümə işlərində tərcüməçinin də müəllif hüquqları var. Ümumiyyətlə, digər vikilərdə müşahidə aparıb dəqiqləşdirmək lazımdır ki, istənilən müəllifin istənilən yerdə çap olunan əsərləri bura daxil edilməlidir ya yox.--Emin ismarış 13:30, 18 yanvar 2015 (UTC)[cavabla]

kateqoriya və səhifə silinməsi[redaktə]

Emin salam. menim yaratdığım bir neçə səhifə və kateqoriyanı silmisiz. Nəbi Xəzri və Mədinə Gülgünlə bağlı olaraq. Müəllif hüququ pozuntusu səbəbindən. Bunu necəsə düzəltmək olar? Yəni icazə olma şablonu və s. Birdə bizdə neçə ildi bu məhdudiyyət 100 ya 70? --Kriptex (talk) 17:57, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam. [1] Bizdə 70 ildir müddət. Müəlliflik hüququndan necə imtina etmək olar bilmirəm, yəqin ki, bu məhkəmə ilə həll olunur. --Emin ismarış 18:01, 18 yanvar 2015 (UTC)[cavabla]

Çox sağ olun. Müəllifin özündən və ya dünyasını dəyişibsə ailəsindən icazə almaqla necə? mümkündürmü?--Kriptex (talk) 18:25, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf ki, bu haqda dəqiq məlumatım yoxdur.--Emin ismarış 18:26, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf! Bir də axı biz müəllif hüquqlarını pozmuruq. Müəllifin adı göstərilir, artıq nəşr olunmuş bədii əsərləri yerləşdiririk. --Kriptex (talk) 18:35, 18 yanvar 2015 (UTC)[cavabla]

Vikilayihələrdə yerləşdirilən məlumatlar azad olmalıdır, yəni istənilən şəxs bu məlumatlardan istifadə edə bilməlidir. Müəllif hüququ ilə qorunan əsərlərin icazəsiz yayılması qadağandır. Burda yerləşdirilə bilməz.--Emin ismarış 18:39, 18 yanvar 2015 (UTC)[cavabla]

Aydındır. --Kriptex (talk) 18:42, 18 yanvar 2015 (UTC)[cavabla]

Ümid edirəm, bu silinmələr Sizin fəallığınızı azaltmayacaq. Hal-hazırda Vikimənbəyə töhfə verən çox az sayda istifadəçi var ki, onlardan biri də Sizsiniz. Uğurlar.--Emin ismarış 18:44, 18 yanvar 2015 (UTC)[cavabla]

Xeyr əlbəttə. Hələ bir necə səhifə və kateqoriya da silinəcək. Daha diqqətli olacam ki, məqalə sayı azalmasın. Sizə də uğurlar. --Kriptex (talk) 18:52, 18 yanvar 2015 (UTC)[cavabla]

Bəli, kifayət qədər silinməli səhifələr var. Amma statistikanın kəskin aşağı düşməməsi üçün hamısının birdən silinməsi düzgün olmazdı.--Emin ismarış 18:53, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam[redaktə]

Salam, Araz bəy. Kateqoriyalaşdırma işinə nəzər salarsınız, ola bilər ki, ədəbiyyat nümunələrini kateqoriyalaşdırarkən səhvə yol verirəm. Bütün təsnifatı dərindən bilmirəm mən, Siz bu sahədə daha təcrübəlisiniz. Təşəkkürlər.--Emin ismarış 17:11, 27 yanvar 2015 (UTC)[cavabla]

Salam Emin əzizim. Bilirəm baxacam. Dünən biri qarşıma çıxdı düzəltdim. Yenə də nəzərdən keçirəcəm. Müraciətiniz üçün çox sağ olun. --Araz Yaquboglu (talk) 09:27, 28 yanvar 2015 (UTC)[cavabla]
Bir çox kateqoriyaların vikidatalarını da düzəltdim. Hətta Rusca Vikimənbədə də kateqoriya vikidatalarında da redaktələr etdim. --Araz Yaquboglu (talk) 12:16, 28 yanvar 2015 (UTC)[cavabla]

Kateqoriya silinmə[redaktə]

Salam. Bakıxanovla bağlı bütün kateqoriyaları silmisiniz. Ümumiyyətlə baxdım, ədəbiyyatla bağlı kateqoriyaları silirsiz. Umumi qəzəllər, şeirlər kateqoriyalarına daxil edirsiz. Bu düzgün deyil. Tutalim mən viki istifadəcisi deyiləm, şagirdəm məsələn, axtarış aparanda çox çətin olacaq. Füzulinin qəzəllərini axtarmaq üçün "Qəzəllər"kateqoriyasını açıb bir-bir baxmalıyam ki, hansının müəllifi kimdir? Konkret bir müəllifin əsərləri mənə lazımdırdırsa birləşdirici səhifə Müəllif:xxx səhifəsi olur. Amma heç də bütün müəlliflərin əsərləri səhifələrində toplanmayıb. Kateqoriyalarında toplanmışdı amma. Rus vikimənbəsində daha yaxşı variantı məncə. Məs: Müəllif səhifəsi: ru:Иван Андреевич Крылов , Kateqoriya: ru:Категория:Иван Андреевич Крылов .

Ümumiyyətlə, kateqoriyaların yaradılmasını vahid qaydalara bağlamaq lazımdır. Yoxsa birimiz yaradıb birimiz siliriksə bu iş olmadı. Statiskiya da təsir göstərir, sizin də vaxtınız gedir, bizim də. Hörmətlə, --Kriptex (talk) 18:50, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Ayrı-ayrı müəlliflərin əsərləri Müəllif səhifəsində göstəriləcək, həmin kateqoriyalara ehtiyac yoxdur. Müəllif səhifəsi ilə eyni funksiyanı yerinə yetirir o kateqoriyalar. Kateqoriyalarda dövrə görə, növünə görə, mövzusuna görə əsərləri qruplaşdırmaq lazımdır. Əsərlərə aid məlumatları dəqiqləşdirdikdən sonra kateqoriyaları dəqiqləşdirə biləcəyik. İngilis, fransız, türkcə vikimənbələrdə də belədir. Silmək, yaratmaq problem deyil, əsas odur ki, nəticədə ən uğurlu variantı tətbiq edək.--Emin ismarış 19:20, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Siz bilərsiniz. Əsərlərin adı ilə bağlı kateqoriyalar necə olacaq? --Kriptex (talk) 16:34, 2 fevral 2015 (UTC)[cavabla]
Salam, kitablar Kitablar kateqoriyasında olmalıdır. İlinə, mövzusuna görə kateqoriyalara bölmək lazımdır.
Axsaminiz xeyir. Nəzərdə tutduğum sirf kitablar deyil. Məs: A.Bakıxanovun Mişkatul-ənvar poemasını yaratmaq istəyirəm. Baxıram ki, kateqoriyalarda toplanıb əsərlər. məs H.Cavidin dramlarını yaratmışdım. A.Yaquboğlu onları eyniadlı kateqoriyalarda toplayıb. Səyavus dramı Səyavus kateqoriyasında Kateqoriya:Səyavuş, Topal Teymur Topal Teymur Kateqoriyasında Kateqoriya:Topal Teymur və s. Buna baxıb mən də Azərbaycan şairi Nizami, Sərbəst insanlar ölkəsində və s. bu cür kateqoriyalar yaratmışdım. İndi ciddi dəyişikliklər edirsiz vikimənbədə. Bu tip kateqoriyalar üçün nə nəzərdə tutmusuz? --Kriptex (talk) 19:44, 7 fevral 2015 (UTC)[cavabla]
O əsərləri Poemalar, dramlar kateqoriyasına əlavə etmək lazımdır. Burda bir problem onunla bağlı olacaq ki, məsələn bir əsərin bir neçə hissəsinin hamısına kateqoriya əlavə edək ya yox. Əslində ancaq əsas səhifədə kateqoriyanın olmağı kifayət edir. Sizin fikriniz necədir?--Emin ismarış 09:35, 10 fevral 2015 (UTC)[cavabla]
Fikirimi bildirməyi lazım bildim. Müxtəlif hissələri olan əsər bir kateqoriyada (əsərlə eyni adda) cəmlənsin və kateqoriya dram və ya poema kateqoriyasına salınsın. Belə daha yaxşı olacaq. Məsələn: SəyavuşKateqoriya:Səyavuş --Araz Yaquboglu (talk) 10:18, 10 fevral 2015 (UTC)[cavabla]

Təşəkkür[redaktə]

Salam Emin bəy. VikiMənbədə bir işə yaradığım və Mükafatlandırıldığım üçün Sizə təşəkkürlər. --Araz Yaquboglu (talk) 19:23, 31 yanvar 2015 (UTC)[cavabla]

Yeni mətnlərlə əvəzləmək[redaktə]

Salam Emin bəy. Bu səhifələrdəki mətnləri digər mətnlərlə əvəzləyərdiz. Çünki əsas səhifələr silinib. Təkliflər bölməsi qəbul edilməyə də bilər. Sadəcə təklifdir. --Araz Yaquboglu (talk) 07:19, 20 fevral 2015 (UTC)[cavabla]

Salam, Araz bəy. Başqa elə səhifələr də var güman ki. O səhifələr mühafizəli deyil mən bilən. Hal-hazırda vaxt ayıra bilmirəm onlara, siz özünüz də edə bilərsiniz.--Emin ismarış 15:32, 20 fevral 2015 (UTC)[cavabla]

Oldu baxaram. Çox sağ olun. --Araz Yaquboglu (talk) 15:50, 20 fevral 2015 (UTC)[cavabla]

Yeni kateqoriya[redaktə]

Salam. Biblioqraflar kateqoriyasını yaratmaq istəyirəm. Bu kateqoriyanı Ana kateqoriyalara daxil etmək olar? Müəlliflər kimi. --Kriptex (talk) 07:50, 23 fevral 2015 (UTC)[cavabla]

Salam. Çox-çox üzr istəyirəm gec cavab verdiyimə görə. Hal-hazırda çox fəaliyyət göstərə bilmirəm, üzrlü hesab edin. Bilmirəm dediyiniz məsələni artıq həyata keçirmisiniz ya yox. Amma düşünürəm ki Biblioqraflar kateqoriyası Müəlliflər kateqoriyasında olmalıdır.--Emin ismarış 19:35, 14 mart 2015 (UTC)[cavabla]

Salam. Araz Yaquboglu yaradıb. Alimlər kateqoriyasında. --Kriptex (talk) 15:58, 15 mart 2015 (UTC)[cavabla]

Silinmə[redaktə]

Zakir Məmmədov kateqoriyasındakı üç məqaləni silmisiniz. Bunun səbəbini bilmək istərdim.Hörmətlə, --A.Zakirqızı (talk) 07:33, 10 mart 2015 (UTC)[cavabla]

Salam. Həmin əsərlər müəllif hüququ pozuntusu olduğu üçün pozulub.--Emin ismarış 19:36, 14 mart 2015 (UTC)[cavabla]

Kimin müəllif hüququ pozulub--A.Zakirqızı (talk) 21:09, 14 mart 2015 (UTC)[cavabla]

Əsərləri ictimai varidata keçməyən istənilən müəllifin əsərini Vikimənbədə yerləşdirmək müəllif hüququ pozuntusudur.--Emin ismarış 10:37, 20 mart 2015 (UTC)[cavabla]

Zakir Məmmədovun övladı kimi irsinin varisi mənəm. Bu məqalələrin Vikimənbədə yerləşdirilməsini 4-5 il öncə İradə xanımdan mən xahiş etmişdim. Məqalələrin giriş hissəsində bu yazılmışdır. Təəccüblüdür ki, müəlliflik hüququ ilə əlaqədar məsələ o dövrdə deyil, indi "yada düşür". --A.Zakirqızı (müzakirə) 13:35, 20 mart 2015 (UTC)[cavabla]

Məncə, təəccüblü heç nə yoxdur. Gec-tez bu məsələnin üstünə düşmək lazım idi. 4-5 il əvvəl əlavə olunması o demək deyil ki, heç vaxt silinməməli idi. Düzü indi də qaydalara zidd olan bəzi əsərlər var, onlar haqda da yaxın zamanda bir tədbir görüləcək güman ki.--Emin ismarış 14:38, 20 mart 2015 (UTC)[cavabla]

Zakir Məmmədovun varisi kimi məqalələrin icazəsini verdiyim üçün atamın müəlliflik hüququ pozulmayıb. --A.Zakirqızı (müzakirə) 16:48, 20 mart 2015 (UTC)[cavabla]

Hüquqi olaraq müəlliflik hüququndan necə imtina edilir, bilmirəm. Belə istifadəçinin nəsə yazmağı imtina sayılmaz. Burada əsər yerləşdirmək o deməkdir ki, bu əsər icazə alınmadan istənilən saytda, qəzetdə, kitabda nəşr edilə, yayıla bilər. Tək vikimənbə üçün icazə vermək olmaz. Ümid edirəm, fikrimi çatdıra bildim.--Emin ismarış 19:07, 20 mart 2015 (UTC)[cavabla]

Əsərləri ictimai varidata keçən müəlliflər həmin əsərlər üzərində müəlliflik hüquqlarını itirmirlər. Adları yazılmaqla əsərləri yayıla bilər. Bu müəlliflik hüququ ilə bağlı qanunda göstərilmişdir. Müəllif kimi Zakir Məmmədovun adı yazılmaqla əsərlərindən istifadə edilir. Amma sizin müəlliflik hüququ ilə bağlı fikriniz anlaşılmazdır. --A.Zakirqızı (müzakirə) 21:19, 20 mart 2015 (UTC)[cavabla]

Surə şablonu[redaktə]

Salam. Bu məqalədəki surə şablonunda nəsə səhv var. Yunus surəsindən sonra gələn surə olaraq Hudu göstərmək əvəzinə elə Yunusun özünü göstərir. Onu həll edə bilərsiz ?--samral müzakirə 13:11, 24 mart 2015 (UTC)[cavabla]

Salam. Öz səhvim imiş. Həll etdim.--samral müzakirə 22:50, 27 mart 2015 (UTC)[cavabla]

Müəllif icazəsi necə?[redaktə]

Bu məqalənin müəllif icazəsini təsdiqləmək üçün nə edilməlidir? Emembergin (müzakirə) 07:30, 12 may 2015 (UTC)[cavabla]

Salam. Cavabımı çox gecikdirdiyim üçün üzr istəyirəm. Təəssüflər olsun ki, hüquqi olaraq müəllif hüququndan necə imtina edilməsi və ya icazənin necə verilməli olduğunu bilmirəm.--Emin ismarış 08:45, 27 İyun 2015 (UTC)

Bəs axı siz məhz müəllif hüququ probleminə görə həmin məqaləni silmisiniz. Bəlkə hec pozulmayıbmış və hər şey yerində imiş? Necə müəyyən etdiniz ki, pozuntu var? Emembergin (müzakirə) 12:54, 4 sentyabr 2015 (UTC)[cavabla]
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunda III fəsil, 25-ci maddədə yazılıb: "Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır." Vikimənbədə isə müəllif hüququ ilə qorunmayan əsərlər yerləşdirilməlidir.--Emin ismarış 16:34, 27 sentyabr 2015 (UTC)[cavabla]

MediaWiki[redaktə]

MediaWiki:Common.js, MediaWiki:Gadget-HotCat.js/local defaultsMediaWiki:Gadget-HotCat.js səhifələrini yeniləsəz HotCat işləyəcək. Vikipediyadan copipast edin. --Araz Yaquboglu (müzakirə) 04:24, 9 oktyabr 2015 (UTC)[cavabla]

Xəbərdar etdiyiniz üçün çox sağ olun!--Emin ismarış 18:53, 9 oktyabr 2015 (UTC)[cavabla]

Salam Emin. MediaWiki:Gadget-HotCat.js/local defaults səhifəsində 11-ci sətirdə olan bu cümlədə (HotCat.messages.using = ' [[VP:HC|HotCat]]';) VP:HC-ni VM:HC ilə əvəz edərdiz. --Araz Yaquboglu (müzakirə) 06:51, 5 noyabr 2015 (UTC)[cavabla]
Edildi :)--Emin ismarış 14:20, 6 noyabr 2015 (UTC)[cavabla]

Konstitusiya[redaktə]

Salam. Təklif edirəm ki, konstitusiyamızın ilk qəbul olunmuş halını "Azərbaycan Respublikasının Konstitusiyası (1995)" başlığı ilə bura yerləşdirək. Ondan sonra ki, dəyişikliklər olub. O dəyişiklik illərinə uyğun olaraq da məqalələr yaradaq. İndiki halı da son dəyişiklik ilinin mötərizədə göstərilməsi ilə uyğun olsun. Bilmirsiz digər dillərdə olan vikilərdə necə edirlər ? Ya dəyişikliyi qeyd kimi qeyd edək ? Necə edək ?--samral müzakirə 18:43, 8 noyabr 2015 (UTC)[cavabla]

+ Nəzərə alaq ki, bizim 1978-ə qədər də "Azərbaycan SSR Konstitusiyası" adlı konstitusiyalarımız olub.--samral müzakirə 18:46, 8 noyabr 2015 (UTC)[cavabla]
Salam, Samral. Gec yazdığım üçün bağışlayın. Maraqlı məsələyə toxunmusunuz. Məncə, konstitusiyanın bütün mətni tamamilə dəyişdirilmədiyi üçün ayrı səhifələrdə yerləşdirməyə ehtiyac yoxdur. Amma elə etmək lazımdır ki, bütün əlavə və dəyişikliklər, nə vaxt edilməsi bilinsin. Bu haqda indi bir fikrim yoxdur.--Emin ismarış

Salam Emin bəy. Bunun əslində vikidatası var rus dilində. Sadəcə bilmədim ki necə edim deyə elə qalmışdı. İstəsəz siz də bir baxıb son qərar verin. --Araz Yaquboglu (müzakirə) 14:44, 11 dekabr 2015 (UTC)[cavabla]

Salam, Araz müəllim. Vikidatanı uyğunlaşdırdım.--Emin ismarış 15:34, 11 dekabr 2015 (UTC)[cavabla]

İstifadəçi-Müəllif əsərləri[redaktə]

Salam Emin bəy. Müəllif:Laçın AbışlıMüəllif:Qılman İman istifadəçi-müəllifdirlər məncə. Çünki onlar öz əsərlərini yerləşdirmişdilər deyə mən etiraz etməmişdim. Yenə də siz necə məsləhət bilirsiz elə olsun. --Araz Yaquboglu (müzakirə) 14:32, 2 yanvar 2018 (UTC)[cavabla]

Araz bəy, salam. Mən belə qərarlar verəndə çox fikirləşirəm ki, düz edirəm, ya yox. Görmüşdüm sizin redaktələrinizi. Mənim belə redaktələrimi hörmətsizlik kimi dəyərləndirməyin, xahiş edirəm. Sadəcə, bura vikipediyadan fərqlidir, o qədər kitablar, müəlliflər var ki, bir az güzəşt eləsək, çox güclü axın olacaq, idarə edə bilməyəcəyik. Ona görə çalışıram belə halların qarşısını alım. Yenə də etdiyim və edəcəyim mümkün xətalara görə üzr istəyirəm və sizin fikirlərinizi həmişə gözləyirəm.--Emin ismarıc 14:54, 2 yanvar 2018 (UTC)[cavabla]
O nə demək Emin bəy. Heç vaxt hörmətsizlik hesab etmirəm. Məqsədimiz Vikimənbənin inkişafıdı, o da olmalıdı. Birlikdə işimizlə. Allah qoysa bir az boş vaxtım olsun yenə əvvəlki gücdə töhfələrimi verəcəm. Özüdə bu templə. --Araz Yaquboglu (müzakirə) 14:59, 2 yanvar 2018 (UTC)[cavabla]

Silinmiş məqalələr[redaktə]

Salam. Öz məqalələrimi yerləşdirmişəm. Məsələn: Azərbaycanlılarda və farslarda Novruz ənənələrinin fərqli xüsusiyyətləri Müəllifi özüməm və artıq çap olunmuş məqalələrdir. Silinmə səbəbini bilmək istəyirəm. --Kamil Allahyarov (müzakirə) 20:44, 3 yanvar 2018 (UTC)[cavabla]

Salam, Kamil Allahyarov. Gec cavab yazdığım üçün üzr istəyirəm. Burda iki məsələ var. Sizin həmin məqalənin müəllifi olduğuna inanıram amma əlimizdə bunu təsdiq edən hər hansı sənəd yoxdur. Məsələn, belə halı qəbul eləsək, sabah "Çingiz Abdullayev" adlı bir istifadəçi gəlib əsərlər yerləşdirsə və yazsa ki, mən öz əsərlərimi yerləşdiririəm, gərək onu da qəbul edək və bu qarşısıalınmaz problemlərə apara bilər. İkinci məsələ odur ki, müəlliflik hüququ qanunlarına görə əsər müəllifin ölümündən 70 il sonra ictimai mülkiyyətə keçir, yəni əslində hüquqi cəhətdən o əsər müəllif hüququ ilə qorunur və Vikimənbəyə yerləşdirilə bilməz.--Emin ismarıc 17:04, 27 yanvar 2018 (UTC)[cavabla]

Eminn[redaktə]

Salam Eminn. Necəsiz? Mən sizdən bir soz sorusmaq istədim. Mən qaydalari oxudum amma yenə də basa dusmədim ki bura nə yerləsdirmək olar nə olmaz mumkunsə mənə ətrafli məlumat verin, zəhmət olmasa. --Babayevv (müzakirə) 05:55, 27 avqust 2018 (UTC)[cavabla]

Babayevv, mesajınızı nəzərimdən qaçırdığım üçün üzr istəyirəm.--Emin ismarıc 01:44, 15 mart 2019 (UTC)[cavabla]