Durna (Rəşid bəy Əfəndiyev): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
76213 dəyişikliyi 188.253.227.209 (Müzakirə) tərəfindən geri alındı.
Teq: Geri qaytarma
 
Sətir 1: Sətir 1:
{{Başlıq
{{Başlıq
| başlıq = Durna
| başlıq = Durna
| müəllif = Rəşidəy Əfəndiyev
| müəllif = Rəşid bəy Əfəndiyev
| tərcüməçi =
| tərcüməçi =
| bölmə =
| bölmə =

Səhifəsinin 20:49, 31 yanvar 2021 tarixinə olan son versiyası

Durna
Müəllif: Rəşid bəy Əfəndiyev

Ey havada uçan durna,
Bizi qoyub qaçan durna,
Get, xoş gəldin, səfa gəldin,
Gələcəksən haçan, durna?
Göy çəməndə gəzən durna,
Su üstündə süzən durna,
Gəl, bir gözüm görsün səni,
Al, yaşıla bəzən, durna!
Getmə-getmə, gözüm durna!
Sənə var bir sözüm durna!
Sən gedəndə necə sənin
Həsrətinə dözüm durna?!