Anacan (xalq mahnısı): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifə '{{Vikipediya}} === Mahnının sözləri === '''"Anacan"''' :Anacan, bağrımı qan eyləmişəm mən, :Gözlərimi giryan eyləmişəm mən. :Bir ala gözlü yarın eşqi yolunda, :Öz canımı qurban eyləmişəm mən. ''Nəqarət:'' :Anacan, ağrın alım. :Anacan, başına dönüm :Qoy dolanım mən, mən, mən, mən. :Mənim öz sevgilimə :Heyran olum mən. mən, mən, mən. :Gülü xəndan kimidir yarın ləbləri, :Ceyrana bənzər onun ala gö...' məzmunu ilə yaradıldı
(Fərq yoxdur)

08:10, 2 sentyabr 2021 tarixindəki versiya

Wikipedia logo Anacan (xalq mahnısı) haqqında Vikipediyada məqalə var.

Mahnının sözləri

"Anacan"

Anacan, bağrımı qan eyləmişəm mən,
Gözlərimi giryan eyləmişəm mən.
Bir ala gözlü yarın eşqi yolunda,
Öz canımı qurban eyləmişəm mən.

Nəqarət:

Anacan, ağrın alım.
Anacan, başına dönüm
Qoy dolanım mən, mən, mən, mən.
Mənim öz sevgilimə
Heyran olum mən. mən, mən, mən.
Gülü xəndan kimidir yarın ləbləri,
Ceyrana bənzər onun ala gözləri.
İki kəlmə danışıb, ayrıldı məndən,
Əqlimi şur elədi şirin sözləri.