Yüküm (divani, Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yüküm Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.333 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Atəş sallam cəsədinə, sən də nara yanarsan,
Mən ki, Loğman şagirdiyəm, əmri-mahaldı yüküm.
Xam xəyala dalmaginən, sonda peşman olarsan,
Mən açaram dəhanımı, hüsnü-camaldı, yüküm.
Bir dənə ləldən ötəri dəryalara dalmışam,
Seçilmiş ləli-gövhəri sandıqlara salmışam,
Mətahım dürr mətahıdı, bu diyara gəlmişəm,
Yaqut nədi, yəmən nədi, elmi-kamaldı yüküm.
Ustadlıq çox çətindi bax, taki birə varınca,
Baş qoyum astanasına, taki pirə varınca,
Aşıq Alı çox süründü xaki-pirə varınca,
Zər nədi, ziba nədi ki, fikri-amaldı yüküm.