Yürü, yetir mənə, ey simi-əşk, bidad et
Görünüş
Yürü, yetir mənə, ey simi-əşk, bidad et Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.74. |
Yürü, yetir mənə, ey simi-əşk, bidad et,
Gər aqçan ilə alınmış qul isəm, azad et!
İtirmə itləri avazının, könül, zövqin,
Yetər qara gecələr hərzə-hərzə fəryad et!
Xərab olan könül, ey büt, sənin məqamındır,
Təğafül eyləmə, bir qaç daş ilə abad et!
Eşitmədinmi, könül, eşq müşkil olduğunu,
Sənə bu müşkil işi kim dedi ki, bünyad et?!
Xilafi-adətə çox olma, ey pəri, mail,
Yetər füsun ilə təsxiri-adəmizad et!
Səba, əsirləri qəsdin eyləmiş ol gül,
Bizi həm onda, əgər düşsə fürsətin, yad et!
Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,
Diyari-Rum gözət, tərki-xaki-Bağıdad et!