Məzmuna keç

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə

Vikimənbə saytından
Yıxıb bu könlüm evin, eyləyib viran, getmə
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!
Yoxumdu tabü tavan firqətə, cavan, getmə!

Fəda olum sənə mən, səndən ayrıla bilməm,
Yəqin, fəraqın edər qəddimi kəman, getmə!

Səninlə rövşən idi qəlbim, ey gözüm nuri!
Güman ki, təng ola bu canıma cahan, getmə!

Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,
Doyunca görməmişəm, getmə bir zaman, getmə!

Çıxaydı kaş gözüm, görməyeydi hicranın,
Ölüncə, bil, edərəm naləvü fəğan, getmə!

Səbahədək oturub çəkmişəm cəfalerini,
oyum bərabərisən indi, elaman, getme!

Yəqinen, əl çəkəcək dostü aşinalərdən,
Kimi düşəcək çöllərə aman, getmə!

Səninlə kim, açılıb qəlbimin şükufeleri,
Ümvət eylə, əzizim, edib xəzan, getmə!

Di yumma gözlərini, qoy görüm doyunca səni,
Özümə cari edib eşk, hem rəvan, getmə!

Tərehhüm eyle mənə, dərdü mehnətim çoxdur,
Qoyub bu hicri-bela içrə Natəvan, getmə!