Yağdı birinci qar, ilk diyarımıza

Vikimənbə saytından
Yağdı birinci qar, ilk diyarımıza (1994)
Müəllif: RAUF CAVAD

Yağdı birinci qar, ilk diyarımıza!
Döndü sevdamız, Əsli ilqarımıza!

Haçandı gözləyirdik, bu Gülzarı biz,
Şükür ki, yağdı bu qar, vüqarımıza!

Bitdi payız, gəldi qış, bağ-bağçamıza,
Oldu zimistan, döndü şüarımıza!

Hər şey fanidi, oldu söz agah bizə,
Yağdı bu qar, dünyamıza-arımıza!

İstər sevən qovuşa bu gün yarına,
Lütf etdi qar, çatdı bizim yarımıza!

Gözəllik bəxş etdi pak qəlbə, İlahi,
Dərdi bəladır bu qar, əlyarımıza!

Sülh gətirdi kim bəşərə!? Yağan ağ qar!
Yazaq ümid fərmanı, qərarımıza!

Rauf, hər gün yağsın gülüş dünyamıza,
Gəlsin-versin öpüş, dodaqlarımıza!