Yağlı plov

Vikimənbə saytından
Jump to navigation Jump to search
Yağlı plov
Müəllif: Məmməd Səid Ordubadi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey yağlı plov, sən hamı aşiqlərə cansan.
Dillərdə bəyansan.

Lakin bizə bir sevgili məşuqi-zamansan,
Məşhuri-cahansan.

Gördükcə səni buğlana-buğlana gələndə,
Taqət hanı məndə.

Ətrin gəlir aşpaz səni boşqabə çəkəndə,
Qovurmanı səpəndə.

Ağhm dağılır, ruhum uçur nimçəni görcək,
Cana, səni görcək.

Gəl söhbət edək mən səni, sən də məni görcək
Biganədən əl çək.

Səndən dəxi mən kəsmərəm heç vəchlə ülfət,
Ey işvəli nemət.

Bir loğma əgər səndən ola aclara qismət,
Bidət qaldı, bidət.

Həsrət qalacaq vəslinə dərvişilə sail,
Ey nikşəmayıl.

Rəhm eylə məni-zarə ki, oldum sənə mayil,
Ey nimçəyi-kamil.

Hər yerdə sən olsan iki min verst, sürünnəm,
Təklifımi billəm.

Səndən yana mən ağlayaram, gah da gülləm,
Ta görməsəm ölləm.

Ol gün ki, sən oldun küreyi-ərzdə zahir.
Ey teyyibi-tahir.

Yanında varam indiyətək haziri-nazir,
Əmrində mübaşir.

Heyhat ki, mən eşqin bir ləhzə unutmam,
Ey yari-dilaram.

Səndən çəkib əl bozbaşı ya küftəni tutmam,
Ülfət gərək itmam.
Xam,
Avam,
Həmam,
İslam