Məzmuna keç

Yaşıldı, yaşıl

Vikimənbə saytından
Yaşıldı, yaşıl
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Addadı zimistan, gəldi nobahar,
Şamamanın tağı yaşıldı, yaşıl.
Bəzənib nazənin, al-əlvan geyib,
Eyvanı, otağı yaşıldı, yaşıl.

Qafil olma bu bazarın içində,
Aldatma özünü varın içində.
İbrahim dayanıb narın içində,
Güldü, solu-sağı yaşıldı, yaşıl.

Ələsgər gözündən tökər qanlı yaş,
Əhli-dil ustada canımdı peşkaş.
Cəbrayıl dəryadan çıxardı bir daş,
İçində yarpağı yaşıldı, yaşıl.