Ya Əli, fəryadi rəs

Vikimənbə saytından
Ya Əli, fəryadi rəs
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Canişini mustafasan,
Ya Əli, fəryadi rəs.
Sadiqi şəhri vəfasan,
Ya Əli, fəryadi rəs.
Bəs sənin günəş camalın,
Sureyi Yasindimi.
Alimlər elm alarlar,
Ya Əli, fəryadi rəs.

Şövkəti ali əbasan,
Şəriətin rəhbəri.
Həsən, Hüseyn babasısan,
Yerə qoydun şapəri.
Mən ki, sənin aşiqinəm,
Yada sal mən müstəri.
Nə nazəli mübtəlasan,
Ya Əli, fəryadi rəs.

Cəbrayıl vəhy gətirdi,
Peyğəmbər tutdu rah.
Yetişdi ərşi zəmə,
Sanasan ki yüzdü şah.
Əl-Buraq zilə gəldi,
Gedə bilməm, çəkdi ah.
Arifdən səda gəldi,
Ya Əli, fəryadi rəs.

Cəbrayıl dedi, ya peyğəmbər,
Meracın olsun qəbul.
Buyur gedək behiştə,
Elin olmasın məlul.
Bax Xudanın hikmətinə,
Çox əcaib orda dəlil.
Zahiri-batil səbəbkar,
Ya Əli, fəryadi rəs.

Məmmədhüseyn kəmtərindi,
Ya Abu Həsən, Abu Turab.
Ay ilə gün birləşəcək,
Kimsə etməz onda xab.
Didələrdən qan yaş axar,
Olar həşti inqilab.
Fəqirlərin pün-pənahı,
Ya Əli, fəryadi rəs.