Ya Əli (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ya Əli (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Haqq-taalanın aslanısan,
Doğru billəm, ya Əli!
Kimsə bilməz sənin sirrin,
Sirri-cansan, ya Əli!
Qəriblərin pənahısan,
Mehribansan, ya Əli!
Abi-Kövsər saqisisən,
Həm səxasan, ya Əli!
Getdin ol Merac üstünə,
Haqqa salam eylədin.
Sən xaliqsən, mən məxluqam,
Ol Xudaya söylədin.
Cəbrayıla ustad oldun,
Tərifini eylədin.
Ustadlara rəhmət gəldi,
Şiri-Haqsan, ya Əli!
Məmmədhüseyn sənə qurban,
Ya ərənlər sərvəri.
Fəth etdin Kuhi puluçu,
Neçə-neçə tilsimləri.
Öldürdün Salsaltək şahı,
Aldın o, Şəhrizarı.
Kərəm eylə məhşər günü,
Ağam sənsən, ya Əli!