Ya Əli (Miskin Abdal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ya Əli Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ələstü-Rəbbi cəm xitab olanda,
Xub qailəm o adma, ya Əli.
Sənin pənahına iman gətirdim,
Bərqəraram o sevdana, ya Əli.
O “zey”, “fey” adma o nuri səfa,
Yetişsin şəninə hər quli-kəfa,
Varlığın mənası dini-Mustafa,
Sərxeyli-karvanm Cüda, ya Əli.
Fəthi şəhri - Zərrin, qatili - Salsal,
Mürşüdü-Cəbrayıl, şahi-beyzaval,
Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,
Müsəmmasan bir Minada, ya Əli.
Əzrayıl çəmgəlin cana çalanda,
Ruhlar pərvaz olub cəsəd qalanda,
Üz xakə döşənib zəlil olanda,
Özün yetiş o fəryada, ya Əli.
Məhşər günü özün tutarsan camı,
Tutmuş ətəyindən nikü-bad, hamı,
Seçmə muxsullardan Miskin Qulamı,
Kərəm et kövsərdən badə, ya Əli.