Məzmuna keç

Ya Əli (Sürəyya)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ya Əli
Müəllif: Sürəyya


  Ey vücudi, xilqəti zati səxavət Ya Əli,
  Aləmi-imkana sənsən rəhmət, Ya Əli.

  Aləmi-imkan sənindir, sən vəliyyü həqqisən,
  Həm Əlisən, həm Vəlisən, həm imami həqqisən,
  Canişini-Mustafasan, həm vəliyyü həqqisən,
  Bu ədəl vəsfində var kəşfi kəramət, Ya Əli.

  Ya Əli, sənsən olan ustadi cibrili əmin,
  Həm Əlisən, həm Vəlisən, həm imami Müttəgin,
  İxtiyarıda olur lohi qələm ərşi bərin,
  Aləmə sənsən edən ruzivi qismət, Ya Əli.

  Ey bölən kahvarə iqrə tiflikən əjdəhar,
  İsminə nazil olan laseyfə illa Zülfiqar,
  Sureyi vənnəcmə məqsəd həl ətayə tacidir,
  Yeddi hamim əliflamimimə şövkət, Ya Əli.

  Ərşi kürsünün suhunisən zəminin ləngiri,
  Zahirə gün tək çıxartdın məshəbi Peyğəmbəri,
  Ey müşərrəf eyləyən islamə cəmi kafəri,
  Onlara təklif edən kəlmi-şəhadət, Ya Əli.

  Ey verən dəryalar içrə Kəştiyi Nuhə nicat,
  Ey səfayi batinindən Xicr içən adi həyat,
  Vəsfi nəli düldülündür süneyi vəladiyyat,
  Mənbeyi cübhi səxa kənni kəramət, Ya Əli.

  Olsa dəryalar mürəkkəb meşələr olsa qələm,
  Kağra dönsə səma cinni bəşər yarsa rəqəm,
  Şənvün bir curvini yarmarlar ey kani Kərəm,
  Vəsfi ovsatın yara var kimdə qüdrət, Ya Əli.

  Sən əmir əl-mömininsən, səndə var zikri xuda,
  Bilmirəm bayis nədir ey mənbəyi zudi səxa,
  Tiqilən münşəq edib faktun sənin ol bihəya,
  Vurdu mülcəm başuva zülm ilə zərhəd, Ya Əli.

  Başuvu qoydu dizi üstə Hüseyn qan ağladı,
  Zeynəbin dəsmal ələ aldı yaravi bağladı,
  Müctəda oğlun açıb başını sinə dağladı,
  Tutdu övladun sənə matəm müsübət, Ya Əli.

  Ya Əli dur gəl Nəcəfdən Kərbəla səhrasına,
  Gör neçə yarə vurmuşlar Hüseyn əzasına,
  Növcavanların səkasək batdı qan dəryasına,
  Ağladı can verəndə şahı hümmət, Ya Əli.