Bey bismillah əzbərimdi, hey xudadan, ya Əli
Ən ibtida gəldi səda ərş-əladan, ya Əli.
Babi sər-sər, lohu qələm oldu dünya olmamış,
Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli.
Səlli-aləm, mahi-aşkar, zülsətdən var pərdəsi,
Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi,
Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi,
Alışıb yandı şahpəri, oldun fərman, ya Əli.
Yandı sahpər, endi suya, nəhər gəldi yadma,
Xaki-kəlam verdi salam, yetişdi muradma,
Haqq-taala özü dedi irəhmət ustadma,
Hər tərəfdən səda gəldi “Əhsən! Əhsən!”, ya Əli.
Hər kəlmədə tərif edir, Quranda ayət səni,
Cəmi aləm övliyadır, yazır əsli zat səni,
Həbib özü tərif edir külli vilayət səni,
Zahirdə təvəllüdsən, Sirri-Sübhan, ya Əli.
Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım,
Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım,
Puli-sirat, haqq divandı, ol xudadan köməyim,
Vəli sənsən, vəkil sənsən, şiri yəzdan, ya Əli.