Ya dəyə
Jump to navigation
Jump to search
Ya dəyə Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Nə lazımdır naqabilə söz deyəm,
Xatirinə ya dəyməyə, ya dəyə?
Sizin olsun, eyvan, otaq, alaçıq,
Bizə bəsdir ya kölgəlik, ya dəyə.
Pis övlada öyüd verər yaxşı ata,
Yaxşı igid, süvar olar yaxşı ata.
Kamil ovçu bərəsində yaxşı ata,
Keçirəndə ya dəyməyə ya dəyə.
Hüseyn deyər mail oldum Gülxara,
Geyinmişdir atlas, ziba, gülxara,
Qorxuram ki, qismət ola gül xara,
Bağban ölə, dal budağı yad əyə.