Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi
Görünüş
Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi Müəllif: Məşədi Əbdül Şahin |
Mənbə: Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008. |
Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi,
Şaxi-gül üstə gəlməyə göftarə, gəlmədi?!
Ya mümkün olmadı keçə seyli-sirişkimi,
Ya kim, düşüb yüzündə gözü qarə, gəlmədi.
Müjgan oxun o qaşı kaman vurdu sinəmə,
Səyyadə bax ki, seydə vurub yarə, gəlmədi.
Can riştəsi əlimdə bəha tari-zülfünə,
Gözlər gözüm o Yusifi, bazarə gəlmədi.
Hər qədr dəydi səngi-məlamət bu cismimə,
Bir dəm hədisi-eşqini inkarə gəlmədi.
Qəddim kəman olub qaşı tək intizardən,
Bəxtim kimi o türrələri qarə gəlmədi.
Şahin, səbu su üstə sınar, şanə zülfdə,
Yoxsa çəkildi zülfdə dil darə, gəlmədi?!