Ya uzun zülfünə dilbəstədi kutah gecə
Görünüş
Ya uzun zülfünə dilbəstədi kutah gecə Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 21. |
Ya uzun zülfünə dilbəstədi kutah gecə,
Ya günəş tələtin heyranıdı, ey mah, gecə.
Nə günüzlər qəmə bənzər qəmimin qəmxari,
Nə də var şöleyi-ahım kimi həmrah gecə.
Ah, kim düşmənim imiş səsi batmış naləm,
Xəlqə əsrari-nihanım qılar agah gecə.
Qoşulum kaş səri-kuyin dolanan itlərinə,
Ümmətə şeir hürüm, gah səhər, gah gecə.