Yalancı dünyayə qonub köçənlər
Görünüş
Yalancı dünyayə qonub köçənlər Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Yalancı dünyayə qonub köçənlər
Nə söylerler, nə bir xəbər verürlər.
Üzərində türlü otlar bitənlər
Nə söylərlər, nə bir xəber verürlər.
Toprağa ğərq olmış nazük tənləri,
Söylemedin qalmış tatlu dilləri,
Gəlün duadan unutman bunları,
Nə söylərlər, nə bir xəbər verürlər.
Kimisi dördində, kimi beşində,
Kimİsinün tacı yoqdur başında,
Kimi altı, kimi yedi yaşında,
Nə söylərlər, nə bir xəbər verürlər.
Kimisi bəzirgan, kimisi xoca,
Əcəl şərbətini içmək də güc a,
Kimi aq saqallu, kimi pir xoca,
Nə söylerler, ne bir xəbər verürlər.
Yunus der ki, gör təqdirim işleri,
Dökülmişdür kirpikleri, qaşları,
Başlan ucında hiçe taşlan,
Ne söylərlər, nə bir xəbər verürlər.