Yaltaq dərsi, qiyməti kimdən alır, ay aman!?

Vikimənbə saytından
Yaltaq dərsi, qiyməti kimdən alır, ay aman!? (1994)
Müəllif: RAUF CAVAD

Bir millətin müəllimi yaltaqdırsa əgər,
O millət bədbəxt, haqsız, ədalətsizdir məgər?!

Yaxşı-pis dərsi, məktəbdən götürür tələbə,
Çox təəssüf ki, pis yaltaqlıq yolxub məktəbə.

Rüşvətin arsız beşiyi olub Ana məktəb,
Böyüyür şərəfsiz, vicdansız, insafsız ədəb.

Yaltaqlıq daha bəsdir, vermir kimsəyə qiymət,
Ucalmır cəmiyyət, alçalır cəmi şəxsiyyət.

Yaltaq milləti yer üzündən tam silmək lazım,
Dilini param-parça ikiyə bölmək lazım.

Zərərlidir insanlığa, yaltaq, dili zəhər,
Yolxur cana, olur iflic bədən, külli şəhər.

Dünya bulaşıb çirkə, arsız yaltaq əlindən,
Kimdən alıb bu dərsi, Yaltaq, müəllimindən?!

Müəllim işi insanlığa böyük şərəfdir,
Lakin şərəfsiz yaltaq, millətə naxələfdir.

Zaman lazım millətin dərdinə olsun əlac,
Qalıb arsız hakim əlində xalq, ac-yalavac.

Rəhm et bizlərə, həya-can verən, ey Yaradan!
Həqiqəti Adəmdə gizli, öyrədən Sultan.

Biz möhtacıq ehtiyacdan xoş ümid-sevgiyə,
İnsanlıq düşmən kəsilib öz irqinə, niyə?

Rauf öyrədir ki, həyatda olaq mehriban,
Yaltaq dərsi, qiyməti kimdən alır, ay aman!?