Yalvarıram (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yalvarıram (Aşıq Ələsgər) Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Sidq dillə sığınmışam
Sübhana, yalvarıram;
Məhəmmədə nazil olan
Qurana yalvarıram.
Məzhəbim İmam Cəfərdi,
Kəbədi qibləm mənim;
İlqarımda çox möhkəməm,
İmana yalvarıram.
Saldı şəhadət barmağın,
Atdı dəri-Xеybəri;
Hökm qıldı Zülfüqara,
Iki böldü Əntəri.
Çəkəndə “Allahu-əkbər”,
Qırdı min-min kafəri.
Zəlillərin ümidvarı,
Möminlərin sərvəri;
Şahi-Mərdan, Şiri-Yəzdan
Mən ona yalvarıram.
Dar günümdə yеtiş dada,
Ədalət şahım mənim.
Könlü qəmgin, gözü yolda,
Artıbdı ahım mənim.
Pərəstarım, ümidvarım,
Sənsən, pənahım mənim.
İsmimdi Aşıq Ələsgər,
Çoxdu günahım mənim;
Günahkar aparma məni
Divana, yalvarıram!