Yan açdım, "açıl, ey qönçə dəhanım" deyərək
Görünüş
Yan açdım, "açıl, ey qönçə dəhanım" deyərək Müəllif: Yusif Nabi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yan açdım, “açıl, ey qönçə dəhanım” deyərək,
Bəzmə gəldi, gəl, ey sərvi-rəvanım deyərək.
Payinə bari bu təqrib ilə düşsəm yarın,
Qalmadı ah, mədət, tabi-təvanım deyərək.
Ah, bir kərrə miyanını alıb ağuşa,
Sinəmə çəksəm o simintəni canım deyərək.
Yar söylətdi mənə bu qəzəli, ey Nabi,
Söyləyə-söyləyə ey tazə-zəbanım deyərək.