Məzmuna keç

Yanağın ey pǝri can mǝnzilidir

Vikimənbə saytından
Yanağın ey pəri can mənzilidir
Müəllif: Şah İsmayıl Xətai

Yanağın ey pǝri can mǝnzilidir,
Bu bülbülnün gülüstan mǝnzilidir.

Ayağın basdığı yer, ey dilaram,
Bu mur üçün Süleyman mǝnzilidir.

Saçının zülmǝtindǝ tǝşnǝ Xızrǝm,
Dodağın abi-heyvan mǝnzilidir.

Bitibdir qamǝtin çeşmim üzündǝ,
Nǝ xoş sǝrvi-xuraman mǝnzilidir.

Götürmǝ ağ yüzündǝn qarǝ zülfün,
Ki, ǝqrǝb mahi-taban mǝnzilidir.

Mürad üçün gǝlibdir dil qapına,
İnayǝt qıl ki, ehsan mǝnzilidir.

Xǝtai könlünǝ yar mehri düşdü,
İmarǝt qıl ki, sultan mǝnzilidir.