Məzmuna keç

Yandı canım hicr ile, vəsli-rüxi-yar istərəm

Vikimənbə saytından
Yandı canım hicr ile, vəsli-rüxi-yar istərəm
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yandı canım hicr ile, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.
Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim,
Qalmışam nalan qəfes qeydində, gülzar istərəm.
Dəhr bazannda kasiddir mətai-himmətim,
Bu mətai satmağa bir özgə bazar istərəm.
Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən
Rahəti-cismi-zəifu cani-əfkar istərəm.
Nola gər qılsam şebi-hicran təmənnayi-əcəl,
Neyləyim, çoxdur qemim, dəfinə ğəmxar istərəm.
Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,
Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.
Ey Füzuli, isteməz kimsə rizasilə fəna,
Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm.