Məzmuna keç

Yandım fəraq odunda pərvanələr misalı

Vikimənbə saytından
Yandım fəraq odunda pərvanələr misalı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 107

Yandım fəraq odunda pərvanələr misalı,
Dözdü bəlalı könlüm mərdanələr misalı.

Xurşidi-eşq doğdu nuri-məhəbbət ilə,
Doldu sevən könüllər peymanələr misalı.

Qaşlar hilalə bənzər, ləblər nəbat şəkkər,
Ağ dişlərin sərasər dürdanələr misalı.

Qəlbimdə fikri-ləlin məskən tutan zamandan,
Zəngin xəzinə gizlər viranələr misalı.