Yandırar (Aşıq Abbas Dəhri)

Vikimənbə saytından
Yandırar
Müəllif: Aşıq Abbas Dəhri
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Maymaq uşaq əzəl başdan bəllənər,
Ev sirrini qonşulara qandırar,
Axşamacan küçələrdə vellənər,
Od üfürüb, yad çırağın yandırar.