Yarı gördüm bu gün xǝndan oturmuş

Vikimənbə saytından
Jump to navigation Jump to search
Yarı gördüm bu gün xəndan oturmuş
Müəllif: Şah İsmayıl Xətai



Yarı gördüm bu gün xǝndan oturmuş,
Yanağı tazǝ gül reyhan oturmuş.

Yüzünǝ qarşı ğönçǝ güldügiçün,
Sǝhǝr ağzına çalmış qan oturmuş.

Sǝninlǝ hüsn içindǝ bǝhs edǝnlǝr,
Necǝ peşman olub, heyran oturmuş.

Sǝnin sibi-zǝnǝxdanına, ey dust,
Nǝ hǝddim var desǝm, dǝndan oturmuş.

Dodağın çevrǝsindǝ qoşa xallar,
İki zǝngi ona dǝrban oturmuş.

Sǝnin Leyli cǝmalın görmǝk üçün,
Yolunda Mǝcnuni-heyran oturmuş.

Xǝtaiyǝ nǝzǝr qıl çeşmin ilǝn,
Qapunda sübhi-şam giryan oturmuş.