Yarı görmüşəm
Görünüş
Yarı görmüşəm Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ay ata, can gedib, qalıbdı nəfəs,
Bu nişanda belə yarı görmüşəm.
Bunca ki gözəli tapmadım könül,
Ah çəkibən intizarı görmüşəm.
Gözəllikdə kimsə yoxdu təhrində,
Onunçün çəkərəm yarm qəhrin də
Nə İran, nə Turan, Gəncə şəhrində,
Canlar alan o nigarı görmüşəm.
Ay ata, sən məni etmə günahkar,
Bəsdi, bunca nə elərsən ahü-zar?
Qurbani der: əldən gedib ixtiyar,
Xublar şahı o sərdarı görmüşəm.