Yarı mən

Vikimənbə saytından
Yarı mən
Müəllif: Şımpırlı Sevgili
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Quzey-qarı döşlərim,
İnci - mərcan dişlərim,
On doqquzdu yaşlarım,
Sən igidin yarı mən.

Al canımı nazlıca,
Gəl qucuma gizlicə,
Sərxoş, ala gözlücə,
Sən igidin yarı mən.

Yerim daracıxdı, gəl,
Yorğanım açıxdı, gəl,
Ahım göyə çıxdı, gəl,
Sən igidin yarı mən.

Sevgilicə səslərəm,
Qiyamətə gözlərəm.
Sən Qula mən müztərəm,
Sən igidin yarı mən!