Yarəb, bu od nə oddur kim, düşdü cismü canə
Görünüş
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə Müəllif: Abbasqulu ağa Bakıxanov |
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?
Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Qorxum budur, nəhayət, qiyamətə şur salar,
Bu fitnə ki, onunla qarışdı bu zamanə.
Tufan gərəkdir indi gül şaxəsin sovursun,
Orda ki, miskin bülbül salmışdır aşiyanə,
Bağban ilə o gülçin nə mənfəət görəcək,
Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə?
Hər könül ki, bəladan qorxub geri qaçmadı,--
Mərdanə qarşı durdu bu zalim asimanə.
Mən susmuşam, etmərəm dərdlərimdən şikayət,
Aman bu dərdlərdən ki, bənd vurmuşdur zəbanə.
Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə,
Ki, əzilmiş qanadla atar can gülsitanə.