Yar, yaralı qəlbimdən varmı xəbərin?
Görünüş
Yar, yaralı qəlbimdən varmı xəbərin?! (1997) Müəllif: RAUF CAVAD |
Yar, yaralı qəlbimdən varmı xəbərin?!
Açıb yaramın gözün ümid-səhərin!
Düşünür hər gün əqlimdə fikrim səni,
Çağırır sözlər də sevgili Dilbərin!
Düşüb yaralı qəlbdə ümidlər xəstə,
Can çəkişir dərd-qəmindən sevənlərin!
Kimilər can verir ölmün pəncəsində,
Kimilər də yaşayır vaxtsız qədərin!
Saralıb solmuş üz-gözlərdə gülüşlər,
İtirmiş dil-ağız da dadın-şəkərin!
Olmuş həyat bivəfa ölümə qurban,
Tökür ilan tək qəlbə acı zəhərin!
Tutar ahımız da bir gün günahkarı,
Alar-aparar Yaradandan qəhərin!
Rauf, canın olmazsa Ümidi canda,
Olmaz ki, o canda canlı şah əsərin!
...Müəllif:Rauf Cavad