Yar üzünü kaş görəm, sevə nəqarət məni

Vikimənbə saytından
Yar üzünü kaş görəm, sevə nəqarət məni (1996)
Müəllif: RAUF CAVAD

Hər kəlmə gəl dedikcə, yandırır həsrət məni,
Qəm qüssə boğur, sevgin edir məzəmmət məni.

Düşmüşəm çarəsiz yerə, hal olub pərişan,
Kimsə görmür ki, edə özünə söhbət məni.

Alır hər kəs güc-qüvvəni sevgidən, yarindən,
Dilbərin sevgi -nazı, öldürür xəlvət məni.

Qalıb mənə dərd-qəm, kədər o gözəl yarimdən,
Dostluq edir həsrəti, yar görür həlbət məni!

Qalxa bilmirəm ayağa, əsam yox tutmağa,
Lazım bilib gərək görəsən, göz-diqqət məni.

Gözlərəm yolunu, bəlkə gələr bir xoş xəbər,
Can verər xoş müjdə, canan edər xoşbəxt məni.

Görsəm o gül üzünü, cənnəti Gülzarım kaş,
Olardım cavan, sevsə idi məhəbbət məni.

Rauf nə Zamandır gözlər Bəxtiyar Zamanı,
Yar üzünü kaş görəm, sevə nəqarət məni!