Yar (Şenlik-Nəbi)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yar Müəllif: Aşıq Şenlik — Şair Nəbi Borçalı |
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14. |
Aşıq Şenlik:
Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi,
Könül xəstə, dil şikəstə, eşq atəşi candadı,
Camalına bənd olmuşam, ixtiyarım səndədi,
Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar.
Şair Nəbi:
Şair Nəbi eşq ucundan sanki dönüb ümmana,
Xilaf eylər xam xəyalım, bax sərimdə dumana,
Saçılıb hüsnüyün şoxu, bənzər huri-qılmana,
Gözüm görüb, könlüm sevib, hax yaradan qulsan, yar.