Məzmuna keç

Yar (Daşkəndli Aşıq Nəcəf)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yar
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Qoy dolanım, dönüm sənin başına,
Cəfa çəkib həsrətimə dözən yar.
Qurbanlığam, huzuruna gəlmişəm,
Qəbul eylə, ürəyimi üzən yar.

Nə müddətdi yoluma göz dikibsən,
Aşkar gülüb, pünhan boynun bükübsən,
Çox zülümlər, çox sitəmlər çəkibsən,
Bundan belə xanım kimi bəzən yar.

Şükür olsun kərəm qılan xudaya,
Mərhəmət eylədi, yetişdik boya.
Camalını dəyişmərəm dünyaya,
Soraq salıb, ay Nəcəfi gəzən yar.