Məzmuna keç

Yar ağını sən

Vikimənbə saytından
Yar ağını sən
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Səhər şikarını, seyri-gülşəndə,
Alıbsan dəstimin yarağını sən.
Şirin danışanda, şirin güləndə,
Qatırsan şərbətə, yar, ağını sən.

Mərdin məclisində nə danəsidi,
Mürğin dahanında nə danəsidi?
Dost dostdan sirrini nə danəsidi,
Deyirsən sözünün, yar, ağını sən.

Həqiqi dostunu sına gedəndə,
Seyraqub gərdəni sına gedəndə.
Sənətkar Abdulla sinə gedəndə.
Ümid var, verəsən, yar, ağını sən.