Yar bizim ilə yenə gör ki, ne al eylədi
Görünüş
Yar bizim ilə yenə gör ki, ne al eylədi (XIV əsr) Müəllif: Qazi Bürhanəddin |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yar bizim ilə yenə gör ki, ne al eylədi,
Ta ki, yaşım qan ola, yanağın al eylədi.
Ağızını görəli dirligim oldu güman,
Belini göstərəli bini xəyal eylədi.
Canımı aldı gözü, könlüm apardı üzü,
Şəhdü-şəkər tək sözü, əqlimi lal eylədi.
Hicrinə doyiməzəm, vəslinə iriməzəm,
Şol sənəmin ki, üzü bədri hilal eylədi.
Hüsnö ki, həq lütfüdür, bizə həram edibən,
Gözləri aşiq qanın neyşə həlal eylədi.
Yel dəxi avarədür tolaşalı zülfünə,
Yeridirol ana çün qeyrilə qal eylədi.
Gərçi kəbab eylədi eşqi oduna canı,
Ağızının yannı bizə zülal eylədi.