Yar gəlmişdi edə dərdimə əncam o gecə

Vikimənbə saytından
Yar gəlmişdi edə dərdimə əncam o gecə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 82

Yar gəlmişdi edə dərdimə əncam o gecə,
Qoymadı çərx ki, yarımdan alım kam o gecə.

Məst məstanə idi cümlə xərabat əhli,
Qalıb əllərdə xumar olmuş idi cam o gecə.

Hansı bayram gecəsi ayrı düşərsən yardan,
Ola matəm gecəsi, olmaya bayram o gecə.

Yar ilə birgə məhəbbət dolu bir gün yaşadıq,
Bir ömür beynimə həkk oldu o axşam, o gecə.

Ey Vüqar, yar ilə birlikdə qədəh nuş elədik,
Qalmadı cismdə tab, ruhda aram o gecə.