Məzmuna keç

Yar gəlmir

Vikimənbə saytından
Yar gəlmir
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Oğrun yollara baxmaqdan,
Bağrım qan oldu, yar gəlmir.
Ağlamaqdan eynim yaşı,
Sel ümman oldu, yar gəlmir.

Mənim yarım boyu bəstə,
Dərdindən olmuşam xəstə,
Yəqin çıxıbdı taxt üstə,
Yoxsa xan oldu, yar gəlmir.

Dağların qarı söküldü,
Axdı, çaylara töküldü,
Abbas deyər, bel büküldü,
Qədd kaman oldu, yar gəlmir.