Yar getdi gönüldə onun bir nazı qalıbdır
Görünüş
Yar getdi gönüldə onun bir nazı qalıbdır Müəllif: Əlişir Nəvai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yar getdi gönüldə onun bir nazı qalıbdır,
Ancaq ki, qulağım dolu avazı qalıbdır.
Göz evini göz yaşları yıxdı bu gün, ey dil,
Yerində onun qəmli xərabası qalıbdır.
Gönlüm quşu sünbül saçının toruna düşmüş,
Bülbül kimi hər gül san avazı qalıbdır.
Gül fəsli o quş hansı yana meyl eləmiş ki,
Bağ içra fəqət sərvi-sərafrazı qalıbdır.
Gəl qəm yemə sən yar sitəmindən ki, Nəvai
Ömrün çoxu sevdaya keçib, azı qahbdır.