Yaradar məni

Vikimənbə saytından
Jump to navigation Jump to search
Yaradar məni
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Xudam məni, səni yoxdan yaradıb,
Sən də bircə milçək yarat, ərməni!
Bir qönçə bitəydim dostun bağında,
Dilimlə dеyəydim yara: dər məni!

Tutmuşam dəstimdə gözəl nizamı,
Firdovsi, Füzuli, gözəl Nizami.
Təqdiri-qüdrətin gözəl nizamı
Mana dərdi vеrib, yara – dərməni.

Hilal qaşın bənzətmərəm dər yaya.
Yazıq Ələsgər, dastan еlə, dər yaya.
İstəsə, kül еylər, qatar dəryaya,
Yaratsa, təzədən yaradar məni.