Məzmuna keç

Yaralar yarı

Vikimənbə saytından
Yaralar yarı
Müəllif: Aşıq Alı
dodaqdəyməz qoşma təcnis
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Tiri xədəng nə atırsan dal-dala,
Əl saxla, can alan, yaralar yarı.
Naşı yar dəyəndə yar yarasına,
İncidər, sızladar yaralar yarı.

Hədyan ərz eylədi dil, dara yıxdı,
Haqsız tənə dəydi dildara, yıxdı.
Əhdi ilqarına dildar ayıxdı,
İstəsər rizana şaqqalar yarı.

Əqlin Alı, gərdişindən nə kəsə,
Cəhd eylərsən, rast gələrsən nakəsə.
Çəkir xəncər, nə yayına, nə kəsə,
Cəlladın əlindən yar arar yarı.