Yardin kam istəmək eşq əhlinə düşvar imiş
Görünüş
Yardin kam istəmək eşq əhlinə düşvar imiş Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.45-46. |
Yardin kam istəmək eşq əhlinə düşvar imiş,
Aşiqə məşuqdən məqsud bir didar imiş.
Gözlərindin günimi aldım, öpərdüm ləlinə,
Bilməz idüm ol daği edən tiri-xunxar imiş.
Tə'n edə təsbih ilə zahid bənim zünnarimə,
Eylədüm biruluq ol daği birər yar imiş.
Abi-kövsərdin bəni asudə qıldı cami-mey,
Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş.
Deyərdim hicran ilə olsam daği vəsli-səmən,
Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş.
Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq,
Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş.
Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini,
Sadiqi, bu eşq sevdası əcəb bazar imiş.