Məzmuna keç

Yasindimi

Vikimənbə saytından
Yasindimi
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Səlli əla, ya Məhəmməd,
Bir ismi yasindimi.
Şəninə gələn əbcət,
Sureyi yasindimi.
Bədəni-vücudu səxavət,
Zikr olunar dildə Səməd.
Bir ustaddan dərs almışam,
Əlifdi yasindimi.

Səfayətin kəsmə məndən,
Ya Rəsul sağ əlinin.
Mən sənin aşiqinəm,
Gələndə bədri himin.
Kafu-lam kəlmə içində,
Oxunar şahu səfin.
Mən sənin ismi şərifin,
Loheyi yasindimi.

Məmmədhüseyn Əndəlifdə,
Gülşəndə fəğan edər.
Zərrəcə görsə camalın,
Can sənə qurban edər.
Ruzeyi-məhşər günü,
Şaffeyi üsyan edər.
Əməlinə sal bir nəzər,
Şəfası yasindimi.