Məzmuna keç

Yat!

Vikimənbə saytından
Yat!
Müəllif: Əli Nəzmi


Axşam namazını tələsik qıl, yubamna, yat
Sol böyriin üstünə uzanıb, qurdalanma, yat!
Çoxdur məşəqqətigözü açıqlığın, inan,
Açsan gözünii, qəm görəcəksən, oyanma, yat!

Yatmaqdadır səadəti-dünya və axirət,
Durma ayağa, baxma cahanə, usanma, yat!
Üstündən özgələr irəli keçsin, atlayıb,
Qoy tapdasınlar, olma miikəddər, utanma, yat!