Yatmayacaqdır
Görünüş
Yatmayacaqdır Müəllif: Şair Ağacan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Mərd yaranıb bu dünyaya mərd gələn,
Namərd kölgəsində yatmayacaqdır.
Unudub ilqarı, əhdi-peymanı,
Namusu, qeyrəti atmayacaqdır.
Sirrini söyləmə sirr verən yada,
Axırda səni də tez verər bada,
Mərd igidlər ta ölüncə dünyada,
Dostunu dünyada satmayacaqdır.
Sərraf olub ləli dürdən seçirdin,
Dost əlindən şərbət alıb içirdin,
Ey Ağacan, yaxşı günlər keçirdin,
Keçən günə günlər çatmayacaqdır.