Məzmuna keç

Yavaş-yavaş (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yavaş-yavaş (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Dəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,
Cismim hicranın bölürəm yavaş-yavaş.
Hər nə var səndən keçər, elə bil candan keçər,
Sən etdiyin xəyalları, bilirəm yavaş-yavaş.

İnsan oğlu sən də gələcəyindən baş-ayaq,
Necə oldu dəryadan qalmadı baci-xərac.
Yüz il əmək çəksən bütün hamısı daş-qalaq,
Axrın beş arşın ağdı, bükərlər yavaş-yavaş.

Əzrayıl başda oturub, əcəl ayaqdan gələr,
O xudam əmr eləsə, fərman bayaqdan gələr.
Hər nə var haqdan gələr, görmə kimsədən gələr,
Yetmiş iki damarını çəkərlər yavaş-yavaş.

Qərib oğlu Aşıq Qasım, necə gəldin azara?
Min bir loğman təbib gəlsə, dərman olmaz yarama.
Ciyərimdən olmuşam hamısı gedir məzara,
Uçubdur könlüm evi, gedirəm yavaş-yavaş.