Yavaş get (Aşıq Ələsgər)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Yavaş get Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Bəzənib, qurşanıb seyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş get!
Hər qıya baxanda, evlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş get!
Mən sana aşiqəm, sən mana buta,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət-i rizvanım, yavaş get!
Ələsgərəm, oldum dəli, divana,
At müjganın, sinəm qoydum nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş get!