Yavaş get (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yavaş get
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Sallanıban gedən dilbər,
Kərəm elə, yar, yavaş get.
Məni dərdə salan dilbər,
Kərəm elə, yar, yavaş get.

Gül dibini almasın xar,
Könlümə gətirmə qubar,
Sinəm döşə tamah qılar,
Ağ buxağı qar, yavaş get.

Məhəmmədəm, yaş tökərəm,
Yollarına göz tikərəm,
Müdam intizar çəkərəm,
Qəddi-qələmkar, yavaş get.