Yaxın gəl

Vikimənbə saytından
Yaxın gəl
Müəllif: Aşıq Camal
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Hərdəm-hərdəm nə daldadan baxarsan,
Gözəllər sultanı, xanı, yaxın gəl.
Çıx daldadan, boyun görüm, yar, sənin
Yandırma oduna məni, yaxın gəl.

Hərdəm-hərdəm al qumaşı geyirsən,
Eşq əlindən piyaləni içirsən.
Eşitdim ki, təzə qəzəl deyirsən,
Oxuduğun mahnı hanı, yaxın gəl.

Aşıq Camal səni yadlara qıymır,
Tutubdur yaxandan, heç əldən qoymur.
Uzaqdan baxmaqdan gözlərim doymur,
Elimin şöhrəti, şanı, yaxın gəl.