Yaxşı dur
Görünüş
Yaxşı dur Müəllif: Dəllək Murad |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Sən nüdrətən bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur,
Dindirəndə mərifətdən ver xəbər,
Görən desin bərəkallah yaxşıdı.
İgidin mərfəti gərək dilində,
Qocanın əsası gərək əlində,
Biqeyrət oğulun ata yerində,
Qalmağından heç qalmasa yaxşıdı.
Dəllək Murad, bir vaxt gələr qonağın,
Məsrəf eyləyərsən dügilə yağın,
Cəhd elə ki, tutulmasın qabağın,
Bir şirin dil hamısından yaxşıdı.