Yaxşı sözü tut-al qucaqla candan düşünüb sev

Vikimənbə saytından
Yaxşı sözü tut-al qucaqla candan düşünüb sev! (1995)
Müəllif: RAUF CAVAD

Yaxşı sözü tut-al qucaqla candan düşünüb sev!
Əməl et yaxşı, söz Sahibini qan, düşünüb sev!
  
Sahibidi hər cür yaxşı sözün Xaliqi hikmət,
Hürr bəxş edib dildə sözü nemət san, düşünüb sev!
 
Xəlq etdi bir kəlmə ilə cümlə xəyal aləmin,
Ol dedi oldu! Dilbəri laməkan düşünüb sev!

Mirvari tək düzülər sözlər, Həqqi zikr, yad edər,
Söz, Sahibini şad edər, ol iman, düşünüb sev!

Ucaldı yaxşı kəs dəyər verdiyi düz söz ilə
Əməl et canlı göz ilə sözü can düşünüb sev!
 
Düşünməklə doğru söz çatar əsli din-imana,
İnanc düşünər xeyri, oxu quran, düşünüb sev!

Səndə bulundu cümlə aləm, pir surəti insan,
Düşün, söz var ikən yoxluğunu an, düşünüb sev!
  
Rauf verdi söz qiymətini, sən tut-al deyəni,
Ol dəyəri ver qiyməti, ey insan, düşünüb sev!
             ...Müəllif:Rauf Cavad